Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

-

“Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri martın 31-də həbs oluna bilər.

Martın 31-də Yasamal Məhkəməsi jurnalistin işi ilə bağlı son iclasını keçirəcək.

Dövlət ittihamçısı martın 10-da məhkəmə qərarını icra etməməkdə (Cinayət Məcəlləsinin 306.2-ci maddəsi) günahlandırılan jurnalistin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Jurnalistin vəkili isə Ş.Cəfəri barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Ş.Cəfəri məhkəmə iclasının martın 31-i saat 10:10-a təyin olunduğunu bildirib.

Şirin Cəfərli 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 213.2.2 (küllimiqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) ittihamı ilə 3 il şərti azadlıqdan məhrum edilib. Məhkəmə Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını da təmin edərək, dövlət büdcəsinə 71 min 478 manat ödəməsinə qərar verib. Jurnalist həmin məbləğin 540 manatını ödəyib. Ş.Cəfəri vəsaiti ödəyə bilmədiyinə görə, həbs təhlükəsi ilə üzləşib.Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ona qarşı cinayət işi başlayıb.

Şirin Cəfərli 71 min manatdan artıq ödəniş etməsini nəzərdə tutan qərarın qanunsuz və əsassız olduğunu iddia edir.

XS
SM
MD
LG