Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:48

Türkiyəyə səyahət edən xarici turistlərin sayı 10 faiz azalıb.

Bunu martın 29-da İstanbulda Reuters agentliyinə Türkiyə Turizm Agentlikləri Asosasiyasının rəhbəri Çetin Qurcun deyib:

“Terrorçuluqdan doğan vəziyyətə görə dünyada təhlükəsiz yer yoxdur. Dünya kəşfiyyat informasiya mübadiləsi və birgə təhlükəsizlik konsepsiyası da daxil olmaqla birgə tədbirlər görməlidir.

Əks halda hadisələrin gedişi insanları azad hərəkət hüuquqndan məhrum edəcək, deyə o bildirib.

O İstanbuldakı partlayışdan sonra turist axınının daha da azaldığını bildirib.

Çetin Qurcun deyir ki, 2016-cı ildə ölkəyə turist axını xeyli azalıb və əgər bir sıra ərəb ölkələri və İrandan müştəri olmasaydı iş tam dayanardı.

O bu vəziyyətin ilboyu davam edəcəyini güman edir.

Amma qeyd edib ki, əgər Rusiya ilə razılaşma əldə olunsa nəsə dəyişə bilər.

Qeyd edək ki, Türkiyənin ötən ilin sonlarında Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər korlanıb.

Rusiya buna görə, turizm sahəsi də daxil olmaqla Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG