Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:21

-

Martın 30-da Naxçıvan Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Zeynal Bağırazadə barəsində hökmü qüvvədə saxlayıb.

Bu haqda onun qardaşı Yaşar Bağırsoy məlumat verib.

Yaşar Bağırsoyun bildirdiyinə görə, apellyasiya şikayətində Z.Bağırzadə barəsində Babək rayon Məhkəməsinin çıxardığı hökmün qanunsuz olduğu qeyd edilib. Məhkəmədən həmin hökmün ləğv edilib, qardaşına bəraət verilməsi istənilib.

Naxçıvan Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

2012-ci ildə 7 il yarım şərti cəza alan Z.Bağırzadə 2015-ci ilin noyabrında həbs olunub. Babək rayon Məhkəməsi onu dövlət qulluqçusuna zor tətbiq etməkdə (Cinayət Məcəlləsinin 315-2-ci maddəsi) günahkar sayaraq 8 il müddətinə azadlıqdan məhrum edib.

Z.Bağırzadənin qardaşı Yaşar Bağırsoy AXCP Naxçıvan təşkilatının rəhbəridir. Y.Bağırsoy qardaşının həbsinin siyasi məzmunlu olduğunu deyir.

“Qardaşımı mən Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan təşkilatının rəhbəri olmağıma görə, həbs ediblər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG