Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:14

-

«Dünyada baş verən proseslər Azərbaycana turist axını üçün yeni müsbət imkanlar yaradır. Bunun üçün də bu sahədə yeni xidmət növlərinin təqdim olunması, qanunsuz müdaxilələrin qarşısının alınması və viza prosedurlarının yüngülləşdirilməsi üzərində işlər gedir».

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında belə deyib.

APA-nın xəbərinə görə, nazir keçən illə müqayisədə bu il İrandan gələn turistlərin sayında artımın olduğunu bildirib: «Bayram günlərində ölkəyə turistlərin gəlməsi ilə bağlı statistika tam hazır deyil. Dəqiq rəqəmlər gələn ayın əvvəlində bilinəcək. Həm turistlərin sayı, həm də onlara göstərilən xidmətlərlə bağlı monitorinq aparılıb. Təəssüf ki, bəzi rayonlarda istənilən səviyyədə xidmətlər göstərilməyib».

Nazir ehtimal edib ki, yay mövsümündə Azərbaycana gələn rusiyalı turistlərin sayında artım olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG