Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:45

Nardaran məhbuslarının məhkəməsi başladı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Martın 30-da Sabunçu məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 30 nəfərin cinayət işi üzrə məhkəmə hazırlıq iclasları başlayıb.

«Report»un xəbərinə görə, 30 nəfərin işinə ayrı-ayrılıqda baxılır. Hazırlıq iclaslarında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, işlər mahiyyəti üzrə baxış iclasına verilib.

2015-ci ilin noyabrında Nardaranda keçirilən polis əməliyyatı zamanı «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə və onun tərəfdarları həbs edilib. Prokurorluğun bildirməsinə görə, bu hərəkatla bağlı ümumilikdə 68 nəfər həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsində terrorçuluq və daha bir neçə ağır maddə üzrə ittiham irəli sürülüb. «Müsəlman Birliyi» Hərəkatı qeydiyyatdan keçməyib.

Nardaran əməliyyatında ikisi polis olmaqla 7 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG