Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:37

Ə.Əylisli Britaniyanın söz azadlığı jurnalının son iki sayında çap olunub


Jurnalın mart sayı
Jurnalın mart sayı

-

Söz azadlığı pozulan yazıçıların və jurnalistlərin ictimai-siyasi, həmçinin bədii yazılarını çap edən "Index on Censorship" jurnalının son iki sayında ard-arda Əkrəm Əylinin hekayələri çıxıb.

Jurnalın nömrələrindən biri tabuya, lap bugünlərdə - martn 24-də işıq üzü görən son sayı isə protest və fərqlifikirliliyə həsr olunub..

Jurnal Əkrəm Əylisinin hekayəsini "Azərbaycanın aparıcı, təqib olunan yazıçılarından birinin yeni əsəri" kimi təqdim edib.

"İndex on Censorship" jurnalının saytında deyilir ki, onlar azad özünüifadəni təbliğ edirlər. Jurnal Britaniyada 1972-ci ildə Dəmir Pərdənin o üzündə dissidentlərin danışa bilmədikləri hekayətlərini çap etmək üçün yaradılıb. Bugün dünyanın hər hansı ölkəsində senzuradan əziyyət çəkənləri təbliğ edir.

XS
SM
MD
LG