Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:40

Saxta dollar aşkarlanıb


Dollar
Dollar

-

Saxta pulların dövriyyəyə buraxılmasının qarşısı alınıb.

«Report»un xəbərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə saxta ABŞ dollarının satış ilə bağlı məlumat daxil olub.

Keçirilən xüsusi əməliyyat nəticəsində iki şəxsin 10 min saxta ABŞ dollarını 3 min dollara satmaq istəyən zaman tutulduqları bildirilir.

Məlumatda qeyd edilir ki, saxlanılan şəxslər ifadələrində saxta pul əskinaslarını xaricdə əldə etdikdən sonra ölkəyə gətirdiklərini deyiblər.

Ekspert rəyinə görə, aşkar edilən xarici valyutanın müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əskinaslarından çətinliklə seçilir.

Bu məsələ ilə bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

XS
SM
MD
LG