Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:28

Təyyarə qaçıranı 8 gün saxlayacaqlar


 Seif Eddin Mustafa
Seif Eddin Mustafa

-

«EgyptAir» təyyarəsini Kiprə qaçırmış misirli 8 gün saxlanacaq. 59 yaşlı Seif Eddin Mustafa martın 30-da Larnakidə məhkəmə qarşısına çıxarılıb.

Ona təyyarə qaçırma, partlayıcı maddə saxlama, oğurlama və zorakılıq törətmək hədələri ilə bağlı ittihamlar irəli sürülüb.

Misirli təyyarəni martın 29-da qaçırıb, 72 sərnişin və heyət üzvü azad olunub.

Onun təyyarəni partlatmaqla hədələdiyi partlayıcı kəmərin isə saxta olduğu üzə çıxıb.

Şübhəli polisə deyib ki, «Arvadı və uşaqlarını 24 ildir görməyən, Misir hökumətinin buna icazə vermədiyi bir şəxs neyləməliydi?».

Seif Eddin Mustafa-nın Kiprdə yaşayan keçmiş həyat yoldaşı ilə görüşmək məqsədi ilə təyyarəni qaçırması xəbəri yayılmışdı.

XS
SM
MD
LG