Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:10

-

«Azərbaycanda insan haqları sahəsində, xüsusən media və ifadə azadlığı ilə bağlı çətinliklər var».

Bunu Avropa Şurasının eksperti David Goldberg «İfadə azadlığı və şəxsi həyata hörmət» mövzusunda Bakıda keçirilən tədbirdə çıxışında deyib.

Azərbaycanda Novruz bayramı münasibətilə prezidentin imzaladığı son əfv sərəncamına toxunan Goldberg bildirib ki, beynəlxalq insan haqları təşkilatlarının azadlığa buraxılmasını gözlədiyi insanların heç də hamısı azad edilməyib: «Birincisi, bu həbslər ümumiyyətlə, baş verməməli idi. İkincisi, vəd verilirsə, yerinə yetirilməlidir. Bu adamların buraxılacağı barədə vəd yerinə yetirilibmi?».

Avropa Şurasının eksperti Azərbaycanda çalışan jurnalistlərə qəhrəman kimi yanaşdığını vurğulayıb: «Siz çətin şərtlər altında işləyirsiniz».

Martın 17-də imzalanmış əfv fərmanıyla 10-dan artıq «siyasi məhbus» azadlığa buraxılıb. Martın 28-də isə hüquqşünas İntiqam Əliyev şərti cəzayla buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG