Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:42

Axundların moizələri dinlənəcək


Allahşükür Paşazadə.
Allahşükür Paşazadə.

-

«Din xadimləri dövlətə dəstək verməlidir».

APA-nın xəbərinə görə, bunu martın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib.

«Düzdür, din dövlətdən ayrıdır, ancaq din xadimləri həqiqətləri xalqımıza çatdırmalıdır. Biz bu dövləti qorumağa çalışmalıyıq. Din xadimlərimiz dövlətin tədbirlərində fəal iştirak etməlidir. Bir ovuc adam deyir ki, dövlət adını çəkirsənsə, düz danışmırsan. Bunu deyən adamlar özləri yanlış yoldadır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi yerlərdə din xadimlərinin təkliflərini nəzərə alıb, birgə moizələr hazırlayacaq. Din xadimlərimiz yerlərdə bu moizələri oxumalıdır», - deyə o qeyd edib.

A.Paşazadə Brüsseldə baş verən terroru lənətlədiklərini də bildirib: «Ancaq necə olur ki, Brüsseldə də, Türkiyədə də, Pakistanda da terror baş verir, lakin bu hadisələrə münasibət fərqlidir. Bu da bir daha onu göstərir ki, biz dövlətimizə dəstək verməliyik. Ona görə, məscidlərdə kameralar qoyulacaq. Mən özüm də qrup yaradacağam, axundların moizələrini izləyəcəyəm. Axundun hansı moizələr oxumasından xəbərim olmalıdır. Kim bunu xırda siyasi məsələ kimi qələmə verməyə çalışacaqsa, özü bilər. QMİ rəhbəri kimi buna ixtiyarım var».

XS
SM
MD
LG