Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

-

Misir Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarının komandanı Ahmed Ibrahim Azərbaycanın Sərhəd Xidmətində olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Misir arasında dostluq münasibətlərindən danışılıb. Hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev qonağa Azərbaycan ərazilərinin 20 faizinin işğalından danışıb. E.Quliyev işğal altındakı ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunduğunu, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid yaratdığını qeyd edib.

Səfər çərçivəsində nümayəndə heyətinin DSX-nin struktur bölmələrində, Müdafiə, Müdafiə Sənayesi (MSN) və Fövqəladə Hallar nazirliklərində olması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG