Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:12

-

Rusiyanın paytaxtı Moskvadan Qəbələ və Gəncə şəhərlərinə bu günə nəzərdə tutulan iki təyyarə reysi təxirə düşüb.

«Report» xəbər verir ki, «Ural Airlines» aviaşirkətinin «U6 2433» saylı Moskva-Qəbələ reysi saat 10:10-da havaya qalxmalı və 14:45 radələrində eniş etməli idi.

Digər «U6 2411» saylı Moskva-Gəncə reysini də sözügedən şirkət həyata keçirməli idi. Saat 10:10-da Moskvadan uçmalı olan «Airbus A321» təyyarəsi 13:40-da Gəncə şəhər hava limanında olmalı idi.

Bu gün Rusiyanın müxtəlif şəhərlərində qatı duman müşahidə olunduğundan onlarla təyyarə reysi təxirə salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG