Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:12

Rusiyalı mərhum siyasətçi Boris Nemtsovun qızı-jurnalist Zanna Nemtsova ABŞ Dövlət katibinin (International Women of Courage) mükafatına layiq görülüb.

Bu mükafat hər il dünya üzrə cəsur qadınlara verilir.

Rusiyadakı ABŞ səfirliyinin məlumatına görə Zanna Nemtsova bu mükafata atasının qətlinin hərtərəfli və şəffaf araşdırılmasına görə layiq görülüb.

Boris Nemtsov 2015-ci il fevralın 27-də Kremlin yaxınlığında qətlə yetirilib.

İstintaq hesab edir ki, qətlin təşkilatçısı Çeçenistandakı “Şimal batalyonu” nun keçmiş üzvü Ruslan Muxudinovdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG