Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:03

-
“Bu dəfə Vaşinqtonda prezidentlərin görüşünü təşkil etmək planımız yoxdur. Ancaq biz bu il prezidentlər arasında dialoqu intensivləşdirməyə hazırıq”

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində prezidentlər İlham Əliyevlə Serj Sarkisyanın görüşünün mümkünlüyü barədə Turan-ın sorğusuna cavab olaraq bildirib.

“Mən Dağlıq Qarabağ prosesinin inkişafını müzakirə etmək üçün digər həmsədrlərin adından tərəflərlə görüşməyi planlaşdırıram”, - C.Uorlikqeyd edib.

Ermənistan prezidenti artıq ABŞ-a gedib, prezident İlham Əliyev isə yaxın vaxtlarda getməlidir. Bundan öncə müxtəlif mənbələr sammit çərçivəsində iki prezidentin görüşünün mümkünlüyünü bildirmişdilər.

Nüvə təhlükəsizliyi Sammiti 31 mart-1 aprel tarixlərində Vaşinqitonda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG