Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15

Qusarda sürücülər narazıdır


-

Martin 29-da Qusarda yerli sürücülər nəqliyyat departamenti əməkdaşlarının davranışları əleyhinə şəhər avtovağzalında aksiya keçiriblər. Aksiyaya qatılanlar avtobus, mikroavtobus və taksi sürücüləri olub.

Aksiya iştirakçıları ANSPRESƏ-ə deyib ki, departament əməkdaşları onları incidir, əsassız olaraq pul tələb edirlər.

“Departament qeyri-qanuni olaraq pul tələb edir, əvəzində isə heç bir sənəd təqdim etmir. Pulun nə üçün alındığı izah etmirlər” - sürücülərdən İsgəndər Muradov belə deyib.

O bildirib ki, gün ərzində qazandığı vəsait ilə departament əməkdaşlarının tələb etdiyi pulu ödəyə bilmir:

"Yolları qazıb töküblər, orada gündə 8-10 manat pul qazana bilirik, departament də gəlib pul istəyir! O pulu haradan verək?..."

Aksiyanın keçirildiyi əraziyə Qusar rayon İcra Hakimiyyətinin (İH) başçısının 1-ci müavini Şahid Fərəməzov da gəlib. O, bildirib ki, sürücülər də, nəqliyyat xidməti də məsələni qanun çərçivəsində həll etməlidirlər.

Qusar İcra Hakimiyyəti rəsmisi məsələnin onların nəzarətində olduğunu, problemin hər iki tərəfin iştirakı ilə həll ediləcəyini deyib.

Departamentə ünvanlanan ittihamlara isə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba regional şöbəsinin rəis əvəzi Ərəstun Məmmədsalahov münasibət bildirib. O, sürücülərə xəbərdarlıq etdiklərini bildirib. Onun deməsinə görə, sürücülərdən rüsum prezidentin sərəncamına əsasən, DANX rəisi Elnur Abdullayevin 15 mart tarixli əmri ilə təsdiq edilmiş qaydalara uyğun tələb edilir.

"Əmr buradadır, sərəncam da buradadır, sürücülərə bu barədə deyilib. Heç kim də artıq pul istəmir, istənilmir" - deyə departament rəsmisi qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG