Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Təyyarəni qaçıran təslim oldu- [Video]


-

Misir təyyarəsini Kiprə qaçıran şəxs Larnaki hava limanında könüllü təslim olub.

Kipr hakimiyyətinin məlumatına görə, təyyarıni Saif Əl Din Mustafa adlı şəxs qaçırıb.

Kiprin dövlət televiziyası təyyarədə qalan 7 girovun salonu tərk etdiyini göstərib.

Onların bir qismi sakitcə trapla düşüb, 1-i isə təyyarənin pəncərəsindən tullanıb.

Bundan bir qədər sonra isə təyyarəni qaçıran əllərini qaldıraraq salonu tərk edib.

Bundan əvvəl onun Misirdəki bütün məhbus qadınların azad edilməsini və Avropa Birliyi rəsmiləri ilə görüş tələb etdiyi bildirilirdi.

A 320 təyyarəsi martın 29-da Misirin İsgəndəriyyə şəhərindən paytaxt Qahirəyə uçurmuş.

Polotların sözlərinə görə üstündə partlayıcı kəmər olan kişi onları Kipr hava limanına enməyə məcbur edib.

Təyyarədə heyət üzvləri də daxil 62 sərnişin olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG