Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:26

-

Orxan Quliyev BP şirkətinə vitse-prezident təyin olunacaq. Bu haqda BP Azərbaycan məlumat yayıb.

Məlumatda hazırda Çıraq və Dərinsulu Günəşli sahəsi üzrə əməliyyatlar meneceri olan Orxan Quliyev iyunun 15-dən etibarən BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti təyin olunacaq.

O. Quliyev 37 illik xidmətdən sonra təqaüdə çıxan indiki vitse-prezident Robert Uottu əvəzləyəcək.

O.Quliyev 20 ildən artıqdır ki, BP-də çalışır. Onun Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar və iri layihələr sahəsində dərin təcrübə qazandığı bildirilir.

Azərbaycan Memarlıq və İnşaat Universitetininin inşaat mühəndisliyi üzrə magistraturasını bitirən O.Quliyev Dövlət Neft Akademiyasında doktor dərəcəsi alıb. O.Quliyev həmçinin, Massaçusets Texnologiya İnsitutunun Əməliyyatlar Akademiyasını bitirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG