Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:12

-

Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin bu yaxınlarda Bakıda baş tutacaq üçtərəfli görüşündə müzakirə olunacaq əsas məsələlər açıqlanıb.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev danışıb.

Nazirliyin sözçüsü APA-ya bildirib ki, toplantıda üçtərəfli regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı layihələr əsas müzakirə mövzuları olacaq.

Görüşün dəqiq tarixi hələlik bəlli deyil.

Rusiya və İranın xarici işlər nazirlərinin Azərbaycana apreldə səfər edəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG