Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:25

-

«Dünən günortadan sonra Nardarana su verilməsinə başlanılıb». Bunu AzadlıqRadiosuna Nardaran ağsaqqallarından Hacıağa Nuri bildirib.

Onun deməsinə görə, yalnız təmir-tikinti işləri gedən ərazilərə su verilmir. Qəsəbənin qalan məhəllələrinə su verilməsi bərpa edilib.

H.Nuri martın 28-i səhər saatlarında AzadlıqRadiosuna bildirmişdi ki, son bir həftədə qəsəbəyə su verilmir.

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə həmin gün AzadlıqRadiosuna demişdi ki, Nardaranda əhaliyə su verilməməsi haqda deyilənlərin əsası yoxdur. «Hazırda 1829 abonentə su verilir. Yalnız «Nardaran» şadlıq evinin arxasındakı kiçik bir məhəlləyə su verilmir ki, o da köhnə xəttin yenilənməsi və yeni qovşağa birləşdirilməsi ilə bağlıdır» - deyə A.Cəbrayıllı qeyd etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG