Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:07

Türkiyə prezidenti Racep Tayyip Erdogan bildirib ki, Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Barack Obamayla görüşü olacaq.

O martın 29-da Ankarada keçirdiyi mətbuat konfransında belə bir görüşün planlaşdırıldığını və bununla bağlı danışıqlar aparıldığını deyib.

Prezidentin sözlərinə görə görüş, Vaşinqtonda keçiriləcək beynəlxalq nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutacaq.

Erdogan deyib ki, bu birbaşa ikitərəfli görüş olmadığından, sadacə danışıq olacaq və nə qədər sürəcəyi sammitin gündəliyindən aşlıdır.

Türkiyə prezidenti bildirib ki, sammitdə 50-dən çox dümya lideri iştirak edəcək və onun toplantı çərçivəsində ayrı-ayrı ikitərəfli görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl Obamanın Erdoganla görüşməyəcəyi barədə məlumatlar yayılmışdı.

Nüvə təhlükəsizliyi sammitimartın 31-dən aprelin 1-dək keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG