Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:45

-

Ötən il ümumtəhsil müəssisələrinin 88 min 366 məzunu olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, son 11 ildə məzunların sayı 34 min 742 nəfər azalıb.

«Bu meyl artıq bir neçə ildir ki, müşahidə olunur. Son 11 ildə məzunların sayı 28.22 faiz azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Amma ötən illə müqayisədə məzunların sayı 3 min 488 nəfər artıb»,- komissiyadan bildiriblər.

Məlumata görə, 2015-ci ildə sənəd verənlərin 66.04 faizini həmin ilin məzunlar təşkil edib. «2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66 və 2014-cü ildə 64.05 faiz olub», -deyə komissiyanın məlumatında qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG