Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

-

Bağdadda intiharçı hücumunda 3 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Polisin məlumatına görə, partlayış martın 29-da Tayaran meydanında fəhlələrin toplaşdığı məkan yaxınlığında baş verib. Həmin yerdən təxminən bir kilometr aralıda şiə ruhanisi Moqtada al-Sadr tərəfdarları siyasi islahatlar tələbilə oturaq etiraz aksiyası keçirir.

Hələlik, partlayışa görə məsuliyyəti götürən olmayıb. Ancaq bu il törədilən bütün intiharçı hücumlarına görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması götürüb. Bu sünni qruplaşması İraqın şimalına və qərbinə nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG