Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:39

Sabah da Bakıda yağış, rayonlarda qar


Yağış
Yağış

-

Martın 30-u Bakıda və Abşeron yarımadasında yağış gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq. Bakıda isə gecə 4-6, gündüz 9-11 dərəcə isti gözlənilir.

Azərbaycan rayonlarında da sabah yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda bunun sulu qara, qara keçəcəyi bildirilir.

Gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti gözlənilir.

Dünən martın 28-dən başlayaraq Bakıda yağan yağışlardan bir çox küçələrdə kanalizasiyalar daşıb. Yolları su basıb.
Ölkənin dağlıq rayonlarına isə qar yağıb. Qubanın dağlıq ərazilərində qarın qalınlığının 15 sm-ya çatdığı bildirilir.

XS
SM
MD
LG