Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:16

Özünü 7-ci mərtəbədən atıb?


Polis
Polis

-

Bakıda intihar hadisəsinin baş verdiyi bildirilir. APA bu xəbəri Nizami rayon Polis İdarəsinə istinadən yayıb.

Hadisə Naxçıvanski 81a ünvanında qeydə alınıb. Bakı şəhər sakini Jalə Teymurovanın 16-mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atdığı deyilir. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Ancaq ölümün səbəbləri ilə bağlı açıqlama verilmir.

Bu gün, daha bir intihar hadisəsinin Tovuz rayonunda baş verdiyi deyilirdi. Onda da Hilal Bağırov adlı rayon sakinin özünü körpüdən atdığı bildirilirdi.

Son vaxtlar ölkə mətbuatında intiharlarla bağlı tez-tez xəbərlər yer alır. Ancaq ölkədə intiharların rəsmi statistikası aparılmır. Mətbuatda gedən araşdırmalara görə, insanlar daha çox maddi problemlər üzündən canlarına qıyırlar.

XS
SM
MD
LG