Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:50

Baş prokurorun istefası təsdiqləndi


Shokin-in istefası tələb olunan yürüş

Shokin-in istefası tələb olunan yürüş

-

Ukrayna parlamenti Baş prokuror Viktor Shokin-in istefasını təsdiqləyib. O, korrupsiya ilə mübarizədə əngəl hesab olunurdu.

Martın 29-da keçirilən səsvermədə 289 nəfər prokurorun istefasına səs verib. Əslində, 226 səs tələb olunurdu.

Bir saat öncə Shokin müavini Davit Sakvarelidze-ni işdən çıxarıb. Sakvarelidze Shokin-i korrupsioner məmurlar və deputatlarla əlaqələri saxlamaqda ittiham edirdi.

Martın 28-də bir neçə yüz nəfər parlamentin qarşısında yürüş keçirib, Shokin-in istefasını tələb edib.

Shokin istefa ərizəsini fevralın 16-da verib. Prezident Petro Poroshenko ondan və Baş nazir Arseniy Yatsenyuk istefa verməyi xahiş etmişdi.

Bu gün Yatsenyuk-un məsələsi də müzakirə olunacaq.

Parlamentin spikeri Volodymyr Hroysman növbəti baş nazir ola bilər. Onun parlamentdə yetərli dəstəyinin olduğu görünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG