Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:17

Özünü körpüdən atıb?


Foto illüstrasiya
Foto illüstrasiya

-

Tovuzda bir nəfərin özünü körpüdən atdığı bildirilir.

APA xəbəri Tovuz rayon Prokurorluğuna istinadən yayıb. Hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Yerli sakinlərdən Hilal Bağırovun özünü kənd ərazisindəki körpüdən ataraq öldürdüyü deyilir. Ancaq onun ölüm səbəbləri ilə bağlı heç nə bildirilmir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq gedir.

Son vaxtlar ölkə mətbuatında intiharlarla bağlı tez-tez xəbərlər yer alır. Ancaq ölkədə intiharların rəsmi statistikası aparılmır. Mətbuatda gedən araşdırmalara görə, insanlar daha çox maddi problemlər üzündən canlarına qıyırlar.

XS
SM
MD
LG