Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:58

-
«SOCAR Gas Georgia» martın 29-dan aprelin 3-dək Gürcüstanın Acarıstan bölgəsinə qaz təchizatını dayandırır. «APA-Economics» xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, buna səbəb Kobuleti-Batumi magistral avtomobil yolunda aparılan təmir işləridir.

«SOCAR Georgia Gas» abonentlərindən üzr istəyir: «Əhalidən olduqca diqqətli olmağı xahiş edirik. Bu müddət ərzində regional ofislərimiz 24 saatlıq rejimdə çalışacaq», - deyə məlumatda qeyd olunub.
Bu ayın əvvəllərində imzalanan sazişə əsasən, Azərbaycan Gürcüstana əlavə olaraq 500 milyon kubmetr qaz verir. Bununla Gürcüstana satılan qazın həcimi ümumilikdə 3 milyard kubmetrə çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG