Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:53

-

Bakıda yataqxana binasında uçqun olub.

APA-nın xəbərinə görə, hadisə Xətai rayonu ərazisində, Cavanşir küçəsi, 10 ünvanında baş verib.

Əvvəl H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus olan, daha sonra Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilən beşmərtəbəli yataqxana binasının 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub. Arakəsmənin uçduğu hissədə yataqxananın mətbəxləri yerləşir.

1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri binaya baxış keçiriblər. Mətbəx və sanitar qovşaqlardan istifadənin təhlükəli olması barədə sakinlərə, yerli icra strukturlarına xəbərdarlıq edildiyi bildirilir. Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb. Lakin yataqxana sakinlərinin bağlanmış mətbəxləri özbaşına açaraq, onlardan istifadəni davam etdirdikləri qeyd edilir.

Martın 28-də isə mərtəbələr arasındakı beton panellər uçub. Həmin vaxt 3-cü və 4-cü mərtəbələrdəki mətbəxlərdə heç kim olmadığından, zərər çəkən olmayıb.

Uçqundan sonra FİN nümayəndələri, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev binada olublar. Binanın girişlərindən biri bağlanıb, polis postları qurulub. Martın 29-a Fövqəladə hallar üzrə Dövlət Komissiyasının nümayəndələrinin də hadisə yerinə baş çəkəcəyi gözlənilir.

Vaxtilə yataqxanada 160 ailə yaşayıb. Mərhələli şəkildə 140-a yaxın ailə köçürülsə də, 20 ailə hələ də yataqxanada yaşamaqda davam edir. Onların da köçürüləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG