Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:46

Dindar məhbuslara azadlıq istənilir


-

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) ölkədə siyasi məhbus sayılan şəxslərlə bağlı müraciət qəbul edib. Müraciətdə əvvəlcə atılan bəzi addımlar təqdir edilir:

“Son günlər Azərbaycanda siyasi məhbus mövzusunda müsbət dəyişikliklər yer almaqdadır. Belə ki, siyasi-ictimai fəaliyyətinə və fikirlərinə görə azadlıqdan məhrum edilən bir çox fəallar azadlığa buraxılır. Ümidvarıq ki, bu proses davam edəcək”.
Müraciətdə qeyd edilir ki, İlqar Məmmədov, Xədicə İsmayıl və digərlərinin də tezliklə azadlığa qovuşmasını arzu edirlər.

DEVAMM eyni zamanda dindarların da həbsinə diqqət yetirir: “Dini etiqadla bağlı Mövsüm Səmədov, Abgül Süleymanov, Seyid Fəraməz Abbasov, Elşən Mustafaoğlu, Ceyhun Cəfərov və başqaları hələ də həbsdə qalmaqdadırlar”.
Müraciətdə bu şəxslərə bir qədər ehtiyatlı yanaşmanın olduğu qeyd edilir: “Dini etiqadla bağlı olan siyasi məhbuslarla əlaqəli müəyyən “ehtiyatlanma” görünməkdədir. Digər siyasi məhbuslarla bağlı birmənalı mövqe sərgiləyən ictimai-siyasi fəallar, dini etiqadla bağlı həbs edilənlərə münasibətdə bir sıra hallarda tərəddüd və hətta gözləmə mövqeyi təzahür etdirirlər. Belə “ehtiyat və tərəddüd”dən imtinanın vaxtı çoxdan çatıb”, deyə müraciətdə bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG