Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:55

-

Ukraynanın üç böyük parlament partiyası martın 29-da yeni koalisiya yaratmaq qərarına gəliblər. Onlar parlamentin spikeri Volodymyr Hroysman-ın namizədliyini baş nazirliyə irəli sürüblər.

Bunlar Baş nazir Arseniy Yatsenyuk-un partiyası, Prezidenti Petro Poroshenko-nun fraksiyası və keçmiş baş nazir Yulia Tymoshenko-nun partiyasıdır. Onlar daha öncə də koalisiya tərəfdaşları olublar.

Daha iki keçmiş koalisiya üzvü – populist Radikal partiya və islahatçı Özünəkömək partiyası alyansa qoşulmaqdan imtina edib.

Bu razılaşma ölkədə aylardır davam edən siyasi çəkişməyə, korrupsiya iddialarına son qoya bilər. Bu iddialar Qərbin tələb etdiyi islahatları da yubadıb.

Koalisiyanın formalaşacağı görüş martın 29-da günorta başlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG