Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:35

Babanızın muzeydəki əşyasını geri istəyə bilərsinizmi?


Gecə kafesi. Vincent Van Gogh

Gecə kafesi. Vincent Van Gogh

-

Əgər bir rəsm əsəri və ya əntiq muzey əşyası keçmişdə sizin ailənizə məxsus olub, ancaq 20-ci əsrin əvvəlindəki ictimai-siyasi xaos zamanında nə cürsə xaricilər tərəfindən başqa qitələrə aparılıbsa, sizin o əşyalar üçün iddia qaldırmaq, onları geri almaq şansınız var?

Bugünlərdə böyük rəssam Vincent Van Gogh-un vaxtilə rus mesenatı İvan Morozova məxsus olmuş “Gecə kafesi” (1888) əsəri haqqında belə bir iddia qaldırılıb.

İ.Morozovun nəticəsi, hazırda Fransa vətəndaşı olan Pier Konovalov sözügedən əsəri ABŞ-ın Yale Universitetinin kolleksiyasından geri almaq istəyib. Rəsmin qiyməti 200 milyon dollardır.

O deyib ki, bu əsəri onun milyonçu babasından Leninin əmri ilə konfiskasiya ediblər. Amma 1918-ci ilin xaosu vaxtı əsəri dövlət muzeyinə vermək əvəzinə kimsə bir amerikalıya satıb. Amerikalı isə 1961-ci ildə bu əsəri pulsuz Yale Universitetinə verib.

ABŞ Ali Məhkəməsi şikayətə baxıb. Məhkəmə istəyi təmin etməyib. Əgər bu rəsmi 1918-ci ildə rus mesenatının ailəsi özü Yale Universitetinə təhvil versəydi və bu haqda sənədi olsaydı, indi geri almaq şansı olardı. Ancaq bu rəsm bir amerikalıya satılıb, onu Yale Universitetinə satın alan şəxs verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG