Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:05

“Atışma insidentindən” sonra ABŞ Konqresinin binası açılıb


Kapitoli kompleksininin mühafizəsi gücləndirilib

Kapitoli kompleksininin mühafizəsi gücləndirilib

Bəzi xəbərlərə görə gündüzün erkən saatlarında baş vermis insidentdə bir Kapitoli polisi güllə yarası alıb

ABŞ Konqresi və Senatının yerləşdiyi Kapitoli kompleksi buradakı turist mərkəzində baş vermiş qısa atışmanın ardınca bağlandıqdan sonra yenidən açılıb.

Yalnız turist mərkəzinin hələ də bağlı olduğu xəbər verilir.

Reuters-in verdiyi xəbərdə deyilir ki, polis Kapitolidəki turist mərkəzinə daxil olmaq istəyən silahlı şəxsi yaralayıb.

Bu zaman təsadüfən yaxınlıqda olan bir qadın da xəsarət alıb.

Şübhəlinin kimliyi aydınlaşdırılıb

Silahlı şəxsin kimliyinə də müəyyən aydınlıq gətirilib.

Rəsmilər bu adamın onlara tanış olduğunu deyiblər, ABC News şəbəkəsi isə onun ötən il Nümayəndələr Palatasının iclasını pozmağa çalışdığını xəbər verib.

Bundan əvvəl Associated Press agentliyinin verdiyi xəbərə görə gündüzün erkən saatlarında baş vermiş insidentdə bir Kapitoli polisinin güllə yarası aldığı, lakin yaranın ağır olmadığı xəbər verilmişdi.

Polis bütövlükdə bir neçə binadan ibarət Kapitoli kompleksini ətraf məhəllələrdən ayırmışdı.

Buradan bir neçə məhəllə qərbdə yerləşən Ağ Evin də bağlandığı xəbər verilirdi.

Konqres tətildə olduğundan binada senator və nümayəndələrdən kiminsə olması düşünülmür.

Konqresin işçi heyətindən AzadlıqRadiosuna bildirilib ki, kompleksin bağlanması “potensial təhlükə” ilə əlaqədar olub.

Vaşinqtonun izdihamlı günləridir

Hadisədən təxminən bir saat sonra Vaşinqton şəhər polisinin Tvitter postunda xəbər verilib ki, insident “məhdud miqyaslı olub” və ictimaiyyət üçün heç bir təhlküə yoxdur.

Xəbər verilir ki, ötən həftə Brüsseldə baş vermiş intiharçı partlayışlarından sonra bütün başqa paytaxtlarda olduğu kimi Vaşinqtonda da ciddi təhlükəsizlik tədbirləri görülüb.

Hətta adi günlərdə də çox sayda turistin və federal rəsminin olduğu Vaşinqton bu günlər – Gilənar Çiçəklənməsi (Cherry Blossom) və Ağ Evdə keçirilən illik ənənəvi “Yumurta Ruleti” bayramları ilə əlaqədar daha da izdihamlıdır. Bu bayramlarda minlərlə valideyn və uşaq iştirak edir.

Vaşiqnton həmçinin bu həftə qlobal nüvə təhlükəsizliyini müzakirə edəcək dünya liderlərinin sammitini qonaqlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG