Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18

-

Cəlilabad rayonunun qaz istismar sahəsinin 3 əməkdaşını abunəçilərin döydüyü bildirilir.

Report-un xəbərinə görə, hadisə rayonun Alar kəndində baş verib. Rayonun qaz istismar sahəsinin 3 əməkdaşı - Əflatun Xubalıyev, sürücü və qaynaqçı evlərə baxış keçirirmişlər. Bu zaman onların borclu abonentlərdən birinin oğlu və həyat yoldaşı tərəfindən döyüldüyü iddia olunur.

“Azriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin verdiyi məlumata görə, hazırda Cəlilabad rayon polis şöbəsi olayı araşdırır:

“Cəlilabad rayon qaz istismar sahəsinin nəzarətçi-çilingəri, sürücü və qaynaqçı döyülərək müxtəlif xəsarətlər alıblar. Hazırda əməkdaşlarımız xəstəxanaya yerləşdirilib və hadisə ilə bağlı Cəlilabad polis şöbəsində araşdırma aparılır”.

“Azəriqaz” rəsmisi bildirib ki, abonentin 186 manat borcu olub.

Qaz istismar sahəsinin əməkdaşlarını döyməkdə günahlandırılan ailə üzvilərinin isə ittihamlara cavabları, hələlik, bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG