Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:05

Türkiyə “İslam Dövləti” qrupu və PKK tərəfindən növbəti terror aktının qarşısının alındığını bildirir.

Bunu martın 28-də Ankarada keçirdiyi mətbuat konfransındaTürkiyə prezidentinin sözçüsü İbrahim Kalin deyib.

O son həftələr milli kəşfiyyat idarəsi və daxili işlər nazirliyinin keçirdiyi birgə reydlər zamanı xeyli şübhəlinin saxlanıldığını bildirib.

İbrahim Kalin terrorçuluğun qlobal problem oduğunu bildirib və qeyd edib ki, problem ondadır ki, terrorun harda və nə vaxt törədiləcəyini bilmək olmur.

Kalin buna misal kimi ümumilikdə 100-dən çox adamın ölümü ilə nəticələnən Brüssel və Pakistandakı partlayışları göstərib.

Qeyd edək ki, təkcə bu il Türkiyədə törədilən partlayışlarda 80-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG