Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:20

-

Martın 28-də Belarusda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Silahlı Qüvvələrinin qərargah rəislərinin toplantısı başlayıb. Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov da toplantıda iştirak edir.

Müdafiə Nazirliyinin saytı xəbər verir ki, Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən toplantıda MDB çərçivəsində hərbi əməkdaşlıq müzakirə olunur.

Martın 30-dək davam edəcək toplantı çərçivəsində Nəcməddin Sadıqovun həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Müdafiə Nazirliyi həmin görüşlərdə ölkələrarası hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın durumunun, inkişaf perspektivlərinin müzakirə olunacağını bildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG