Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:31

Qax rayonunda polisin xüsusi əməliyyat keçirdiyi bildirilir. Əməliyyatın qanunsuz dini dərnəklərə qarşı keçirildiyi deyilir.

Daxili İşlər Nazirliyin mətbuat xidmətindən APA agentliyinə verilən məlumata görə, Qax polisi, əməliyyatı məhkəmənin qərarı əsasında keçirib.

Məlumatda rayon sakinlərindən Qivi Mixoyeviç Xusişvilinin evinə baxış keçirildiyi bildirilir. Onun, dini yığıncaqların təşkili və keçirilməsi qaydalarını pozaraq qanunla qadağan olunmuş dini dərnəklər təşkil etdiyi iddia olunur. Həmin iddiaya görə, 56 nəfər bu dini təriqətə qoşulub. Onlardan 44 nəfəri Qax, 9 nəfəri Zaqatala, 5 nəfəri isə Bakı şəhər sakinidir.

Evdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 19 ədəd DVD disk, 2 ədəd videokaset və 219 ədəd dini ədəbiyyatın da aşkar edilərək götürüldüyü deyilir.

Ancaq, hələlik, bu məsələ ilə bağlı nə Qivi Xusişvilinin və ya onun yaxınlarının, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitənin məsələyə münasibətini öyrənmək mümkün olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG