Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:37

-

Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayı artıb.

“Trend” informasiya agentliyi bu xəbəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə isnadən yayıb. Komitə bildirir ki, ötən il boşanmış ailələrdə alimentlərlə bağlı (alimentin ödənilməsi və ödənilməməsi üzrə işlər birlikdə) işlərin sayı 60 min 565-ə çatıb.

2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə isə 2 min 174 şəxs cəlb edilib: “Əvvəlki illərdə bu, az olub. Əvvəlki dövrlərlə müqayisədə 2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilmiş şəxslərin sayı təxminən 500 nəfər çoxalıb”-deyə komitədən bildirilib.

Alimentin ödənilməsindən yayınmaya görə inzibatı həbslərin də bir o qədər artdığı bildirilir. Əvvəllər, belə şəxslərin sayı minə yaxın olsa da, ötən il onların 1499-ə yüksəldiyi söylənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG