Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

-

Yəməndəki husi şiə yaraqlıları ilə savaşan Səudiyyə hərbi koalisiyası martın 28-də bildirib ki, 109 yəmənli ilə 9 səudiyyəli məhbusu dəyişiblər.

Koalisiya bəyanatında məhbus mübadiləsinin martın 27-də baş tutduğunu bildirib.

Bəyanatda deyilir ki, yəmənlilər Səudiyyə Ərəbistanı ilə sərhəddə əməliyyatlar aparılan ərazilərdə saxlanıblar. Yəmən mediası 9 səudiyyəlinin əsgərlərdən ibarət olduğunu bildirir.

Tərəflər vaxtaşırı belə məhbus mübadiləsi aparırlar.

Yəmən münaqişəsində 6 mindən çox insan həlak olub.
Səudiyyə koalisiyası hökuməti dəstəkləyir, şiə husilər isə keçmiş prezidentə bağlıdır.

Tərəflər aprelin 10-da atəşkəs elan olunması barədə razılığa gəliblər. Sülh danışıqları isə aprelin 18-də Küveytdə başlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG