Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

-

Pakistan rəsmiləri bazar günü partlayışını törədənlərin tapılacağını vəd edir. Pasxa günündə Lahordakı partlayışda 70-dən çox adam ölüb, 300 nəfər yaralanıb.

“Günahsız qardaşlarımızı, bacılarımızı, uşaqlarımızı öldürənləri tapıb məhkəmə qarşısına çıxarmalıyıq. Həyatımızı, azadlığımızı alt-üst edəcək belə vəhşiliklərə bir də imkan verməyəcəyik”, ordunun sözçüsü Asim Bajwa “Twitter”də yazıb.

Hücuma görə Talibanın törəmə qruplaşması üzərinə götürüb. Jamaat-ul-Ahrar qruplaşması bildirib ki, xristianları hədəfə alıb, məktəblərə, kolleclərə, hökumət və hərbi obyektlərə hücumlar davam edəcək.

Partlayış martın 27-də Pasxa bayramının keçirildiyi parkın uşaq meydançası yaxınlığında törədilib.

Martın 28-də açıqlanmış məlumata görə, hücumda 72 nəfər ölüb, 29-su uşaqdır. Ölənlərdən çoxu müsəlmanlardır. Pakistanda üç günlük matəm elan olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG