Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

-

Niderland polisi Fransaya qarşı “terror hücumu” planlaşdırmaqda şübhəli bilinən bir fransalını saxlayıb. 32 yaşlı Fransa vətəndaşı martın 27-də Rotterdamda Fransa hökumətinin xahişilə həbs olunub. Onun tezliklə Fransaya təhvil veriləcəyi bildirilir.

Niderland prokurorluğunun məlumatına görə, daha 3 nəfər də polis nəzarətinə alınıb. Onlardan ikisi “Əlcəzair mənşəli”dir, üçüncünün kimliyi hələ açıqlanmayıb. Martın 27-də antiterror reydi keçirilən ünvanlara yaxın evlər boşaldılıb.

Paris prokurorluğu saxlanan şübhəlinin ölkə polisinin aşkarladığı terror planında iştirak etdiyini bildirir. Fransa polisi ötən həftə Parisdə belə bir planı pozduğunu deyir.

Martın 24-də Parisdə Reda Kriket adlı fransalı həmin işlə əlaqədar saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG