Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Kreml niyə Trumpı dəstəkləyir?..


Rusiya prezidenti Putin ilə Trumpın kombo fotosu

Rusiya prezidenti Putin ilə Trumpın kombo fotosu

Rusiyanın dövlət TV kanalları Donald Trumpı ABŞ-ın xaricdəki müharibələrini bitirəcək və bəlkə Rusiyanın üzərindən sanksiyaları götürəcək cəsarətli siyasətçi, Hillary Clintonu isə hərbi-sənaye kompleksinin dəstəklədiyi müharibəyə susamış qüvvə kimi qələmə verir.

Rəsmilər və təhlilçilər də qeyd edirlər ki, Kremlin Trumpı ən yaxşı namizəd hesab etdiyi uzaq məsafədən belə asanlıqla görünür.

Putin Trumpı tərifləyərək «çox istedadlı» adlandırıb. Rusiya parlamentinin xarici siyasət komissiyasının rəhbəri isə onun 2015-ci ildə «ilin adamı» tituluna layiq olduğunu qeyd edib.

Rusiyanın əsas TV xəbər şousu olan «Vesti Nedeli»nin aparıcısı Dmitry Kiselyov

Dmitry Kiselev (siyasi karikatura)

Dmitry Kiselev (siyasi karikatura)

bu ay bildirib ki, Respublikaçılar Partiyasının elitası Demokratlarla gizli razılaşmaya girərək Trumpı sıradan çıxarmağa çalışır, həm də qismən Trump Rusiyanı dəstəklədiyinə görə.

«Trump Respublikaçılar partiyasına yaramır. Onlar adətən xalqı Rusiya ilə qorxudub dövlət büdcəsini öz aralarında bölüşdürürlər. Ancaq Trump Putinlə ümumi dil tapmağa hazırdır. Elə ona görə də Trump onlara lazım deyil və hətta onu təhlükəli hesab edirlər», Kiselyov tamaşaçılara deyib.

Kiselyov dövlət televiziyasının güclü antiamerika tonunun əsas tərəfdarlarından biridir. O, bir dəfə hətta Moskvanın Amerikanı radioaktiv külə döndərə biləcəyini də dilə gətirib.

Bəzi ekspertlər düşünür ki, Trump Moskvanı ona görə qane edir ki, Putinin fikrincə Trumpın prezidentliyi izolisionist (təcrid yönlü) olacaq və beləliklə Rusiyanın əl-qolu açılacaq.

Kremlin ingilisdilli TV kanalı olan RT (keçmiş Russia Today) deyir ki, o, ABŞ prezidentliyinə namizədlərin heç birini dəstəkləmir. Ancaq kanal Trumpı «özünəməxsus və yetişməmiş» adlandırıb. RT həmçinin qeyd edib ki, Trumpın ABŞ-da xalqın iradəsini təmsil etməsi yaxşı olardı, çünki zalım ABŞ istəblişmenti onu dağıtmağa çalışır.

Trump Rusiya ilə daha yaxşı əlaqələr qurmağı təbliğ edən keçmiş ABŞ hərbi kəşfiyyat rəsmisi General-leytenant Michael Flynndən məsləhət alır. Flynn dekabr ayında RT kanalının 10 illiyi münasibətilə verilmiş ziyafətdə Putinlə eyni şam yeməyi masasını da bölüşüb.

Bundan başqa Trump Putini güclü lider kimi xarakterizə edən bəyanatlar verməklə, onunla yola gedə biləcəyini deməklə Moskvada özünə dostlar qazanıb. Onun Rusiyanın Suriyadakı hava zərbələrini dəstəkləməsi də Moskvada bəyənilib.

Keçmiş Rusiya kəşfiyyatçısı Alexander Litvinenko-nun rəsmi

Keçmiş Rusiya kəşfiyyatçısı Alexander Litvinenko-nun rəsmi

Üstəlik, yanvar ayında britaniyalı hakimin Londonda keçmiş KQB agenti Litvinenkonun qətlinin məhz Putin tərəfindən sifariş olunmasının «mümkünlüyü» barədə qərarından sonra Trump Putinin təqsirkar olduğu barədə dəlillərin olmadığını bildirmişdi.

Bu həftə Trump ABŞ-ın NATO-ya ayırdığı maliyyə vəsaitini azaltmalı olduğunu deyib. Bunun ardınca Rusiya XİN-nin sözçüsü bildirib ki, bu, alyansın böhran içində olduğunun göstəricisidir.

ABŞ-Rusiya münasibətləri üzrə ekspert Victoria Zhuravleva Reutersə deyib ki, «Son iki il ərzində Qərb qəzetləri və televiziyasından eşitdiyimiz hər şey Rusiyaya qarşı tənqiddən ibarət olub. Ona görə də bir o qədər də tənqidi olmayan və hətta bizim ölkəmizə münasibətdə daha səmimi olan bir şey eşidəndə düşünürsən ki, şükür Allaha, bizim söhbət edə biləcəyimiz bir nəfər var: Donald Trump».

Onun sözlərinə görə Trumpla Putin oxşardırlar. «Onların ikisi də açıqfikirli, praqmatikdirlər və nə düşünürlərsə onu danışırlar».

Trumpla Putinin bir-birini qarşılıqlı tərifləməsi Putinin sonradan sitasətə gəlmiş başqa bir milyarder - İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi ilə dostluğunu yada salıb. Berlusconi Rusiyanın ilhaq etdiyi Krıma gələrək həm ukraynalıların, həm də Aİ liderləinin qəzəbinə səbəb olmuşdu. İki dost Krımda şərab anbarını gəzərək son qiymətsiz 240 illik şərabı içmişdilər.

Trumpın əksinə olaraq 2009-2013-cü illərdə ABŞ-ın Dövlət Katibi olmuş Hillary Clinton Kremlə yaxşı tanışdır və aydın məsələdir ki, onlar onu prezident kimi görmək istəməzdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG