Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

-

“Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri böyük əhəmiyyət kəsb edir”.

Bunu “ANS” televiziyasına eksklüziv açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədovun bildirməsinə görə, prezident İlham Əliyev Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə sammitdə Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış edəcək: "Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə addımlar atılır".

Nüvə təhlükəsizliyi üzrə Beynəlxalq sammit 31 mart–1 aprel tarixlərində ABŞ paytaxtı Vaşinqtonda Sərgi Mərkəzində keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG