Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:32

Martın 27-də minlərlə moldavalı Moldovanın Ruminiyaya birləşdirilməsi tələbi ilə Kişinauda aksiya keçirib.

Təşkilatçılar aksiyada 50 minə yaxın, polis isə 4-5 min adamın iştirak etdiyi deyir.

Avropa Birliyinin üzvü olan Ruminiyaya birləşmək korrupsiyalaşmış olsa da Moldovanı bu quruma üzvlüyə apara bilər.

Kişinauda həmçinin birləşmənin əleyhdarları da mitinq keçirib. Moldova Sosialist Respublikası Partiyasının lideri İqor Dodon deyib ki, bu tələb ölkəni vətəndaş müharibəsinə apara bilər. O qeyd edib ki, Ruminuya Moldavanın dostu və qonşusu kimi qalsın.

1918-ci il martın 27-də Moldova Demokratik Respublikasının parlamenti (Bessarabiya) Ruminiyaya birləşməklə bağlı qərar verib. Amma 1940-cı ildə bu ərazi SSRİ-nin tərkibinə keçib.

Bu gün Moldovada 1918-ci ildəki birləşmə qərarının 98 illiyi qeyd olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG