Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:34

Bakı metrosunun stansiyalarının keçidlərində aptek köşkləri fəaliyyətə başlayacaq. Bu barədə “Musavat.com” məlumat yayıb.

Sayt xəbər verir ki, ilk olaraq “Nəriman Nərimanov” stansiyasının keçidində “Zeytun” apteklər şəbəkəsinin fəaliyyətə başlamasına hazırlıq gedir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildiriblər ki, digər stansiyaların keçidlərində də apteklərin açılması gözlənilir. Bu, sahibkarla metropoliten rəhbərliyi arasında danışıqlardan asılı olacaq.

İki il öncə Bakı Metropolitenin rəhbərliyi dəyişdirilib. Həmin vaxt Tağı Əhmədov “Bakı Metropoliteni” QSC-nin rəisi vəzifəsindən uzaqlaşdırılandan sonra, stansiyalarının keçidlərindəki bütün ticarət köşkləri ləğv edildi. Yeni rəhbərlik bunu metronun ticarət üçün yox, sərnişinlərin istifadəsi üçün lazım olması ilə izah etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG