Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

Roma Papasının pasxa müraciəti


Papa
Papa

Roma Papa Francis bazar günü xristianları Pasxa bayramı münasibətilə təbrik edib.

O, “Şəhərə və Dünyaya” adlandırılan çıxışında zorakılıqdan, ədalətsizlikdən, dünyanı hədələyən təhlükədən danışıb.

Vatikanda eyvana çıxan Papa qaçqın və köçkünlərin problemlərini, müharibədən, aclıqdan, yoxsulluqdan və sosial ədalətsizlikdən qaçanların dərdlərini unutmamağa çağırıb.

Brüsseldə, Türkiyədə və digər ölkələrdə baş verən terror hadisələrinə diqqət çəkən Papa Francis deyib ki, dünya mübarizəni sevgi silahı ilə aparmalıdır.

O, çıxışında Suriya və Ukraynadakı vəziyyətdən, Yaxın Şərqdəki gərginlikdən danışıb. Papa ümid edib ki, Suriyada tərəflər arasındakı danışıqlar sülhlə yekunlaşacaq. Papa Francis Ukraynadakı münaqişəyə də son verməyə çağırıb.

Bu il Vatkanda Pasxa ilə əlaqədar güclü təhlükəsizlik tədbirləri həyata keçirilib.

XS
SM
MD
LG