Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:34

►Əlaqəli rəsmilər deyirlər ki, bu zəlzələ deyil, nə isə başqa bir şeydir

“Martın 27-də Bakıda binaların silkələnməsinə səbəb olan yer təkindəki titrəmə Qobuda baş verib”.

Bunu Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev deyib.

A.Əliyev Trend-ə bildirib ki, Qobudakı titrəmə vulkanların oyanmasına təsir göstərməyib və göstərəcəyi də gözlənilmir:

“Həmin titrəmənin nə vulkan, nə də zəlzələ ilə heç bir əlaqəsi olmayıb. Haradasa partlayış olubsa, o demək deyil ki, bu vulkandır, ya da zəlzələdir” - deyən professor Qobudakı titrəmənin səbəbi, mənbəyi barədə izahat verməyib.

Martın 27-də günorta saatlarında Bakıda bərk gürultu səsi eşidilmişdi. Bu, Yasamal və Səbail rayonlarında binaların silkələnməsinə səbəb olmuşdu. Olay əhali arasında, xüsusilə də sosial şəbəkələrdə ajiotaj yaratmışdı.

AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də titrəmənin izahını verməyib. O, sadəcə, titrəmənin zəlzələ ilə heç bir əlaqəsinin olmadığını qeyd etməklə kifayətlənib.

“Aparılan analizlər həmin titrəmənin zəlzələ ilə heç bir əlaqəsinin olmadığını təsdiqləyib. Həmin vaxt Qobuda müəyyən dalğalar qeydə alınıb. Amma bu, zəlzələ olmayıb. Biz analiz etdik və gördük ki, burada zəlzələ əlaməti yoxdur. Bunun nə olması ilə yəqin ki, aidiyyəti qurumlar maraqlanar” - deyə Q.Yetirmişli bildirib.

Məsələ ilə bağlı DİN və Dövlət Təhlükəsizlik Xidmətindən, hələlik, hər hansı açıqlama verilməyib.

Həmçinin izləyin: AzadlıqRadiosu Youtube Kanalından izləyin:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG