Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:42

Elə həbsinin səbəbi də filmdir

Amerikanın Şimali Karolina ştatında kirayə götürdüyü video kaseti qaytarmadığına görə bir nəfər həbs olunub. Özü də həmin video kaseti kirayə məntəqəsindən nə az, nə çox, düz 14 il əvvəl götürübmüş. Sən demə, “bəxtəvər” o vaxtdan axtarışdaymış.

Qəhrəmanın özü başına gələnlər barədə YouTube video paylaşım saytında videorolik yerləşdirib.

Concord şəhər sakini, 37 yaşlı James Meyers həmin gün qızını məktəbə aparırmış. Dediyinə görə, polis onun idarə etdiyi maşını əyləc işığı yanmadığına görə saxlayıbmış. Amma sürücülük vəsiqəsini yoxlayandan sonra polis Meyers-in ştatın Salisbury şəhərindəki J&J Video mərkəzindən kirayə götürdüyü video kaseti qaytarmadığına görə axtarışda olduğunu bildirib: “Polis əməkdaşı məni avtomobilin arxa tərəfinə gətirib dedi: “Ser, bilmirəm, bunu sizə necə izah edim, amma 2002-ci ildən həbsiniz üçün barənizdə axtarış verilib. Deyəsən, siz bir film kasetini kirayə götürmüsünüz – “Freddy Got Fingered” adlı film olmalıdır. Kaseti götürmüsünüz, ancaq bir daha geri qaytarmamısınız”.

Bu sözləri eşidən Meyers şoka düşüb. Amma bu, onu sonda həbs edilməkdən qurtarmayıb.

MƏHKƏMƏ

Concord Polis İdarəsi yaydığı açıqlamada həbs faktını təsdiqləyib. Polisin bildirdiyinə görə, həbs üçün order 2002-ci il fevralın 28-də indi artıq bağlı olan bir video kirayə mərkəzi tərəfindən verilib. Həbs üçün orderi də kiçik inzibati hüquqpozmalara baxan hakim imzalayıbmış.

Polis onu da qeyd edib ki, Meyers-i həmin an həbs etməyiblər. Qızını məktəbə qoyduqdan sonra orderin icrası üçün polis idarəsinə gəlməsinə icazə veriblər.

Polis idarəsinə gəldikdən sonra Meyers-in qolları qandallanıb. İndi onun kirayə götürülmüş əmlakı qaytarmadığına görə hakim qarşısına çıxarılacağı bildirilir.

Yerli medianın məlumatına görə, Meyers-in məhkəməsi aprelin 27-də olacaq. Jurnalistlər məsələ ilə bağlı onunla əlaqə saxlaya bilməyiblər.

“Freddy Got Fingered”dən də reaksiya var

Meyersin həbsinə səbəb olmuş “Freddy Got Fingered” filmi 2001-ci ildə çəkilib. Bu həbsə həmin filmdə baş rolu ifa etmiş komediya ustası Tom Greendən də reaksiya gəlib.

Tom Green hadisə ilə bağlı özünün Tweetter hesabında bunları yazıb: “Bu xəbəri indicə oxudum. Bunun həqiqət olduğuna inanmaqda çətinlik çəkirəm”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG