Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:08

Bakı-Şamaxı yolunda üçqun olub.

Region TV xəbər verir ki, üst hissədən başlayan sürüşmə zolağı magistral yola qədar davam edir. Ərazinin gündən-günə sürüşməsi magistral yolun bir hissəsinin uçması ilə nəticələnib. Hazırda yolun 106-107-ci kilometrliyində böyük yarğanlar əmələ gəlib. Torpaq qatı uçaraq yola tökülüb.

Uçqun vuran ərazi nəzərət altında saxlanılır. Sürüşmənin miqyası böyüyərsə Bakı-Şamaxı yolunun müvəqqəti bağlanma təhlükəsinin yaranacağı deyilir.

Bakı-Şamaxı yolu yenidən çəkilərək 2009-cu ilin sonunda istifadəyə verilib.Bu yolun layihəsinə 2008-ci ildə başlanıb.

Layihənin podratçısı İtaliyanın «Todini» şirkəti olub. Magistralın 9-77-ci km-ləri əhatə edən birinci hissəsində işləri «Akkord», 78-123-cü km-ləri əhatə edən ikinci hissəsində isə «Azərtikintiservis» şirkəti görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG