Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:42

Avropa ölkələri Brüsseldəki aeroport və metroda baş verən partlayışlardan sonra İsrailin təhlükəsizlik sisteminə maraq göstəriblər. Bunu İsrailin Xarici İşlər Nazirliyi bildirib.

Nazirliyin sözçüsü Emmanuel Nahshon deyib ki, İsrail texnologiyasına maraq var.

İsrailin Ben-Gurion aerportu dünyada yüksək mühafizəsi olan hava limanları arasındadır.İl ərzində Tel Əviv aeroportundan 16 milyon sərnişin keçir.

1970-ci illərdə aeroportda baş verən terror olayından sonra İsrail təhlükəsizliklə bağlı sərt tədbirlər gördü. Sərnişinlər müxtəlif səviyyəli təhlükəsizlik nəzarətindən keçməlidirlər.

Ben-Gurion hava limanı radarlarla, kameralarla, təhlükəsizlik qüvvələri ilə əhatəyə alınıb, airoport ərazisinə girən hər bir nəqliyyat vasitəsi də nəzarətdən keçirilir. Terminalın girişlərində formalı təhlükəsizlik əməkdaşları və monitorlar var. Gizli və görünən kameralar əlavə nəzarəti təmin edir. İçəridə təhlükəsizlik əməkdaşları sərnişinlərə onların marşrutları, şəxsi məlumatları və yükləri haqqında suallar yağdırırlar.

TƏHLÜKƏSİZLİKDƏ BOŞLUQLAR

Aeroportun keçmiş direktoru Pini Schiff deyib ki, Brüsseldəki hücum Belçika təhlükəsizliyindəki və kəşfiyyatındakı boşluqları göstərib. Onun sözlərinə görə, hücumçular Təl-Əviv aeroptunda elə nəqliyyat vasitəsinin girişində dayandırılardılar: “Bu, terminal binasından 11 km aralıdadır”.

Brüsseldə martın 21-də baş verən hücum “asanlıqla törədilib”, o deyib.

Azı 31 adamın öldüyü Brüssel terrorundan sonra Avropa ölkələri və ABŞ təhlükəsizliklərini gücləndiriblər.İsrailin isə hava limanında təhlükəsizliklə bağlı əlavə tədbir görülməyib. Yalnız Avropadan Tel-Əvivə uçuşlar qısa müddətə dayandırılıb və dərhal da bərpa edilib.

2014-cü ilin yayında İsrailin Hamasla müharibəsi zamanı Qəzza zolağından atılan raket hava limanının yaxınlığındakı evi vurandan sonra Amerika və Avropa aviaşirkətərinin Tel-Əviv aeropotuna uçuşlarını dayandırması bu islam qrupunun qələbəsi sayıla bilər. 50 günlük müharibə zamanı 2 mindən çox fələstinli öldü, onların çoxu mülki şəxs idi, İsrail tərəfdən isə 67 hərbçi və 6 mülki şəxs həlak oldu.

Schiff deyib ki, əvvəllər də aeroport təhlükəsizliyi barədə ondan məsləhət istəyən Avropa ölkəsi olub, ancaq o, ad çəkməkdən imtina edib.

İSRAİL SİSTEMİNİ TƏNQİD EDƏNLƏR DƏ VAR

Fələstin əsilli İsrail vətəndaşı Diana Buttu deyir ki, təhlükəsizlik əməkdaşları onu aeroportda saçını, ağzını, qulaqlarını yoxlamazdan qabaq iki saata yaxın yükü, həyatı, işi ilə bağlı sorğu-suala tuturlar.

Həm də Kanada vətəndaşı olan Buttu deyir ki, o, İsrail aeroportundan savayı digər hava limanlarında belə yoxlamaya məruz qalmır.

O, digər Avropa aeroprtlarının da İsrail sisteminin tətbiqindən narahatdır, deyir ki, “belə bir irqçi davranış” ancaq problemlər yaradacaq.

Təl-Əviv aeroprtunun sözçüsü Lefler isə deyir ki, bu yoxlama hər bir kəsə aiddir: “Məqsəd sərnişinlərin və təyyarələrin təhlükəsizliyidir. Dinindən, rəngindən, irqindən asılı olmayaraq, yoxlama hər kəs üçündür”.

Günün bütün mövzuları

XS
SM
MD
LG