Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59

Mayın 23-dən iyunun 4-dək futbol üzrə Azərbaycan millisinin Avstriyada təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, bu toplanış zamanı üç yoxlama görüşü planlaşdırılır.

Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib:

“Artıq Kanada ilə razılaşmışıq. İkinci rəqib böyük ehtimalla Makedoniya millisi olacaq. Bu dəqiqləşəndən sonar, üçüncü rəqibin də kimliyinə aydınlıq gələcək”.

Azərbaycan yığması bir həftə idi ki, Türkiyənin Antaliya bölgəsində təlim-məşq toplanışında idi. Təlim-məşq toplanışının sonuncu günü, martın 26-da Azərbaycan millisi Qazaxıstan millisi ilə yoldaşlıq oyunu keçirib.Həmin oyunda Azərbaycanın futbol üzrə milli komandası 0-1 hesabı ilə mağlub olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG